Maico.az saytında sifariş etdiyiniz məhsullar ən qısa zamanda sizə çatdırılır. Bakı şəhəri üzrə çatdırılma sifariş təsdiqləndikdən sonra adətən 1-3 iş günü ərzində həyata keçirilir. Regionlara çatdırılma müddəti məsafədən asılı olaraq 3-7 iş günü çəkə bilər. Böyük həcmli və ağır məhsullar xüsusi nəqliyyat vasitələri ilə çatdırılır.
Müəyyən məbləğdən yuxarı sifarişlər üçün Bakı şəhəri daxilində çatdırılma pulsuz həyata keçirilir. Digər hallarda çatdırılma haqqı məhsulun ölçüsünə, çəkisinə və ünvanın məsafəsinə görə hesablanır. Çatdırılma haqqı sifariş zamanı müştəriyə əvvəlcədən bildirilir.
Müştəri məhsulu təhvil alarkən onun xarici görünüşünü, komplektasiyasını və işləkliyini yoxlamalıdır. Zədələnmə və ya uyğunsuzluq aşkar edilərsə, bu barədə dərhal çatdırılma əməkdaşına və ya müştəri xidmətlərinə məlumat verilməlidir. Məhsul təhvil alındıqdan sonra aşkar edilən zədələnmələr üçün şirkət məsuliyyət daşımır.
Ödəniş həm nağd şəkildə, həm də bank kartı ilə mümkündür. Onlayn sifariş zamanı müştəri kartla ödəmə edə bilər və ya məhsulu ünvanda nağd şəkildə qəbul edə bilər. Kreditlə alış üçün isə Ferrum Capital vasitəsilə maliyyələşdirmə təklif olunur.