Single Result

Sort by:
  • -26%
    Otağı qısa müddətdə təmizləməlisiniz? O zaman, SAMSUNG VCC4520S36/XEV tozsoranı sizin üçün əla seçimdir. Tozsoranın sorma gücü 350 W, ümumi gücü isə 1600 W. Bu mükəmməl göstəricilərin sayəsində, model istənilən səthi çirkdən və tozdan keyfiyyətli təmizləməyə kömək edəcəkdir. Etibarlı və möhkəm metaldan hazırlanmış korpus, modeli mexaniki zədələrdən qoruyur.  Üstəlik, olduqca dəbli dizayna sahibdir. SAMSUNG VCC4520S36/XEV tozsoranı, xovun uzunluğundan asılı olmayaraq istənilən xalçanı mükəmməlcəsinə təmizləyəcəkdir. 1.3 litrlik toz qabı lazım olduqda asanlıqla çıxarılır. İncə təmizləyici filtr sayəsində ən kiçik toz hissəcikləri belə tutulur və saxlanılır. Optimal sorma gücünü, döşəmə örtüyünün növündən asılı olaraq, korpusda yerləşən tənzimləyicidən seçmək olar.

    İki kamera – iki dəfə təmiz ev

    Samsung şirkətinin unikal ikikameralı Twin Chamber sistemi iki iş kamerasını özündə birləşdirir. Bununla təmizliyin effektivliyi artır və yüksək sorma gücü qorunub saxlanılır. Toz hissəcikləri burulğanlı hava axını ilə daxili kameraya ötürülür və zibil hissəcikləri mərkəzdənqaçma qüvvələrinin təsiri altında axından çıxarılır. Nəticədə, iri toz və zibil hissəcikləri xarici kamerada qalır və toz toplayıcısının boşaldılması zamanı asanlıqla çıxarılır. Sistem yığılmış tozun tozsorandan çıxarılması və toz toplanması üçün ehtiyat kisələrin alınması üçün izafi prosedurlara vaxt sərf etməməyə imkan verir.

    Nəfəs almaq daha rahatdır!

    Samsung tozsoranı effektiv filtrasiya üçün HEPA mikrofiltrindən istifadə edir. Mikrohissəciklər və allergenləri udmaqla HEPA filtri otaqda təmiz havanı təmin edir. HEPA mikrofiltrinin yüksək filtrasiya xüsusiyyətləri SLG Tədqiqat İnstitutunun (Almaniya) “4 ulduz” keyfiyyət nişanı ilə təsdiqlənmişdir.

    Toz toplayıcısını boşaltmaq üçün üç sadə addım

    Evin təmizlənməsindən sonra toz toplayıcısının boşaldılması bir o qədər də xoşagələn prosedur deyil. Samsung şirkətində işlənib hazırlanmış toz toplayıcısının sadə boşaltma sistemindən istifadə etdikdə tamamilə fərqli nəticə ilə üzləşəcəksiniz. Sadəcə düyməni basın, toz toplayıcısını çıxarıb silkələyərək zibili zibil qutusuna tökün. Çirk qalmır, hər şey təmiz və xoşdur!

    Qənaətcil və istifadəsi asan

    Toz toplama kisələri olan ənənəvi tozsoranlardan istifadə etdikdə tozun toplanması üçün ehtiyat kisələrin axtarılması və əldə edilməsi problemi yaranır. Twin Chamber System™ sistemi olan tozsorandan istifadə etdikdə isə kisə almaq lazım deyil; yığılan zibili sadəcə toz toplayıcısından zibil qutusuna çırpmaq kifayətdir.

    Sku: Konteynerli tozsoran SAMSUNG SC45 VCC4520S36/XEV

    Konteynerli tozsoran SAMSUNG SC45 VCC4520S36/XEV

    Original price was: 199.99₼.Current price is: 147.99₼.
    Original price was: 199.99₼.Current price is: 147.99₼. Səbətə at